İranda casus ovu! ABŞ və İsraillə əlaqəli şəbəkə çökdü

Tarix: 21:56 19.02.2025
İranda casusluq şəbəkəsinə qarşı əməliyyat keçirilib.
İnqilab Keşikçiləri Ordusunun Mazenderan Qərargahının komandiri Siyaveş Müslümi ölkənin şimalındakı Mazenderan əyalətində ABŞ və İsrailə bağlı casusluq şəbəkəsinin məhv edildiyini açıqlayıb.
"ONLARIN MƏQSƏDİ MƏLUMAT TOPLAMAQ VƏ TƏSİR ŞƏBƏKƏLƏRİ YARATMAQDIR"
Əməliyyat çərçivəsində aralarında əcnəbi vətəndaşların da olduğu şəxslərin həbs edildiyini bildirən Müslümi, həbs edilənlərin milliyyəti və sayı ilə bağlı təfərrüatları açıqlamayıb.
Mənbə: CNN Türk
Nərmin Həşimova