"Fevralın sonuna qədər ABŞ və Rusiya prezidentlərinin görüşü ola bilər"

Tarix: 22:19 19.02.2025
ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir.
Bunu ABŞ Prezidenti yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablayaraq təsdiqləyib.
Bəs bu görüş ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcək?
Bununla bağlı politoloq Elşad Həsənov "İnformator.az" saytına müsahibəsində bildirib ki, son 3 ildə Rusiya il ABŞ arasında yüksək rütbəli dövlət məmurlarının görüşü keçirildi:
"Bu görüşə Rusiyadan Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirdi. ABŞ-dən isə Mark Rubiyo, Maykl Uoltz və ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof iştirak edib. Fevralın 18-də keçirilən görüşdə əsas məsələ Rusiya-Ukrayna münasibətləri olsad a ən böyük diqqət çəkən məsələ son 3 ildə heç bir görüş keçirilmədiyindən danışıldı. ABŞ və Rusiya səfirliyinin bərpası üçün şəraitin yaradılması müzakirə edildi. Burada diqqətçəkən məqam isə Rusiyanın İnvestisiya Fondunun sədri Oliqarx Milyarder Dmitrivin iştirakı, onun mətbuat qarşısında çıxışında əsaslandırıb ki, biz ABŞ-yə bildirmişik ki, onlar Rusiyadan gedəndən sonra 324 milyard dollar itiriblər. Yəni ki, ABŞ-nin bugünki başçısı prezidentdən əlavə həm də böyük biznesmendir. Dmitrivə görə ABŞ Rusiya ətrafında müzakirə aparıb və Rusiya onlar üçün gəlir mənbəyidir. Bu danışıqlar onlar üçün önəmlidir. Həmçinin Rusiya ilə münasibətlərinin düzəlməsinidə istəyirlər".
Politoloqun sözlərinə görə, Lavrov öz müsahibəsində bildirib ki, bu görüşdə Rusiya-Ukrayna müharibəsindən o qədər də danışılmayıb:
"Mark Rubiyo görüşdə ABŞ-Rusiya münasibətlərindən danışıldığını təsdiqləyib.
Lakin Mark Rubiyo Rusya-Ukrayna müharibəsinin dayandırılmasında Avropa İttifaqının da iştirakının vacibliyini deyib. Eləcə də bu müharibənin dayandırılması təkcə Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil, Avropa İttifaqının bütövlükdə təhlükəsizliyinin təmin olunmasından söhbət gedir.
Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə isə növbəti görüşün fevralın sonuna kimi keçirilməsi çətin məsələdir.
Gələcəkdə baş tutacaq görüşdə isə Rusiya Ukraynanın delimitasiyasını tələb edəcək. Lakin Ukrayna öz torpaqlarını Rusiyaya vermək fikrində deyil və bunları da qəbul etməyəcək. İşğal olunan torpaqların geri alınmasında Tramp nə qədər dəstək olacağını demək isə çətindir.
Həmçinin onlar aprelin 20-si ,yəni Pasxa bayramına qədər atəşkəsə nail olmaq istəyirlər. Bu isə sevindiricidir, çünki hər gün yüzlərlə insan tələf olur".
Fidan Fərhadlı