Trampın əsas hədəfi hansı ölkədir?-POLİTOLOQ açıqladı

Tarix: 16:11 20.02.2025
Donald Trampın həyata keçirdiyi siyasət dünya siyasi nizamının yenidən formalaşdırılmasının zəruriliyindən xəbər verir.
Bu sözləri informator.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. Politoloqun sözlərinə görə, Donald Tramp öz siyasətində diplomatik danışıqlara daha çox üstünlük verir.
“Rusiya-ABŞ danışıqlarının baş tutması, Trampın ərazi iddiaları, eyni zamanda isə Rusiya və Çinə hərbi xərclərin 50% azalması təklifi beynəlxalq siyasətə yeni düzən gətirir”.
Ekspertin sözlərinə əsasən, hərbi xərclərin azalması məsələsi yaxın günlərdə hələ ki, gözlənilmir.
“Rusiya və Çinin hərbi xərcləri azaltması iddiasının yaxın günlərdə reallaşacağını düşünmürəm. Üçtərəfli razılaşmanın əldə olunması isə dünyada yeni təhlükəsizlik sisteminin və siyasi nizamın formalaşmasına zəmin yaradar. Üçtərəfli razılaşma nəticəsində dünyada sülh və stabillik təmin olunar. Trampın əsas hədəfi yeni dünya siyasi nizamı qurmaq və ABŞ-ın hədəflərin qabartmaqdan ibarətdir. Lakin Rusiya və Çin tərəflərinin bu məsələyə razı olmayacağı göz önündədir”, - deyə ekspert yekunlaşdırıb.
Rüfət Nəbiyev