Elon Mask Zelenskini ABŞ jurnalistini öldürməkdə ittiham edib

Bölmə: Dünya › ,
Tarix: 16:29 20.02.2025

 Amerikalı milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın baş müşaviri Elon Mask Ukrayna prezidenti Vladimir Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham edib.

 

Mask bir istifadəçinin paylaşımına cavab verib.

 

Ukraynanın Xarkov şəhərində yaşayarkən “Rusiyayönlü” yazılarına görə həbs edilən Liranın ölümünə cavabında Mask “Zelenski amerikalı jurnalisti öldürüb”,-deyib.
ABŞ prezidenti Tramp Zelenski ilə bağlı son açıqlamasında Zelenskinin müharibəyə başladığını, sonra isə onu dayandırmaq üçün heç nə etmədiyini iddia edib. Tramp Zelenskini “seçkilərə getməyən diktator” adlandırıb.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova