Rusiya G7-yə qayıdacaqmı?-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 16:41 20.02.2025

Fransa Rusiyanı zəiflədərək, gücdən salmaq istiqamətində planlar həyata keçirən əsas iştirakçılar sırasında yer alır.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib. Politoloqun sözlərinə görə, Fransanın Rusiyaya qarşı əks mövqedən çıxış etməsi təəccübləndirici hal deyil.

“Hazırda Makron hakimiyyəti Tramp və Putin görüşlərini birmənalı olaraq dəstəkləmir. Onu da qeyd etmək lazımdır ki, Fransa prezidenti Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranan situasiyanı müzakirə etmək məqsədilə Paris toplantısı həyata keçirib. Qeyd olunan görüşdə isə Avropa İttifaqı ölkələrinin bir çox liderləri iştirak edib”.

 

E.Xalidbəyli qeyd edir ki, G7 ölkələri Rusiyaya qarşı çoxsaylı iqtisadi sanksiyalar tətbiq etməkdədir.

“Rusiyanın G7 ölkələri sırasına yenidən qayıtması gözlənilmir. Eyni zamanda Rusiyaya qarşı sanksiyalar həyata keçirən Avropa ölkələri sırasında Fransa da yer alır”.

 

Ekspert vurğulayır ki, Rusiyanın G7 ölkələri sırasına qayıtması geri üçün həm Avropa Birliyi, həm də G7 ölkələri sanksiyaları ləğv etməlidir.

“Rusiyaya qarşı törədilən İqtisadi sanksiyaların tamamilə dayandırılacağı müddətdə onun G7 ölkələri sırasına qayıtması gözlənilir. Əks halda bu prosesin baş tutması mümkün deyil”, deyə ekspert yekunlaşdırıb.

 

Xədicə Kərimli