Azərbaycanın yaxın gələcəkdə Suriyada bərpa və yenidənqurma işlərində iştirakı gözlənilir-POLİTOLOQ açıqladı

Tarix: 17:57 20.02.2025
Azərbaycanın yaxın gələcəkdə Suriyada baş tutan bərpa və yenidənqurma işlərində iştirakı gözlənilir.
Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib. Politoloqun sözlərinə görə, Suriyada baş tutan müharibə səbəbilə Azərbaycanla qarşılıqlı əlaqələrın reallaşması bir müddət mümkün olmayıb.
“Suriyada gedən müharibə şəraiti səbəbilə kəsilən diplomatik əlaqələr 13 il sonra yenidən bərpa olunub. Onu da qeyd etmək lazımdır ki, Suriyada diplomatik korpusumuz da öz fəaliyyətinə başlayıb”.
Politoloq bildirir ki, Azərbaycanın Suriyanın sosial və iqtisadi inkişafında iştirakı mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dair uğurlu təcrübəsi Suriyaya dəstək məsələsində effektiv rol oynayır. Həmçinin, Suriyada yaşayan, bizimlə eyni qandan olan türkmən bacı-qardaşlarımızın sosial probləmlərinin həllinə dəstək verilməsi bizim mənəvi borcumuzdur”, - deyə ekspert yekunlaşdırıb.
Nərmin Bayramova