Tramp dönəmində ABŞ-Azərbaycan münasibətləri necə olacaq?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 18:17 20.02.2025

Tramp administrasiyası dövründə Azərbaycan və ABŞ münasibətləri pozitiv məzmun daşıyacaq.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib. Onun sözlərinə görə, Tramp administrasiyasının Cənubi Qafqaz siyasəti yaxın aylarda tədricən aydınlaşmağa başlayacaq.

“Tramp administrasiyası Ukrayna savaşının dayandırılması məqsədilə Rusiya ilə müzakirə danışıqlarına qoşulub. Tramp administrasiyasının dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətinin ciddi şəkildə dəyişə biləcəyi ehtimal oluna bilər. Aparılacaq siyasətin Bayden adminitrasiyasının dövründə mövcud olan siyasətlə eynilik təşkil etməyəcəyi göz önündədir".

 

Politoloq bildirir ki, Bayden adminstrasiyasından fərqli olaraq, Tramp administrasiyası erməni lobbisinin təsiri altında fəaliyyət göstərməyə çalışmır.

“Bu məsələdə erməni faktorunun böyük əhəmiyyət daşımadığı müşahidə olunur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Tramp admistrasiyası dövründə ABŞ və Azərbaycan münasibətləri daha müsbət terəflərə yönələ bilər. Hətta bu münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi gözlənilir”, - deyə ekspert yekunlaşdırıb.

 

Şəhla Ağazadə