Trampın Panama kanalı ilə bağlı planları baş tutacaqmı?-AÇIQLAMA

Tarix: 19:23 20.02.2025
Panama dünyanın ən vacib su nəqliyyatı və logistikasının keçdiyi zona hesab olunur. Bötüvlükdə Atlantik və Sakit okeanı bir-birinə bağlayır.
Bu fikirləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib.
“1977-ci ildə ABŞ və Panama arasında qarşılıqlı müqavilə imzalanıb. 1979-cu ildən başlayaraq kanalın təhlükəsizliyinə bərabər şəkildə nəzarət edilməsi məsələsi gündəmə gəlib. Müqavilənin 1999-cu il başa çatmasından etibarən isə təhlükəsizlik məsələsi Panamanın öhdəliyinə verildi. Əldə olunan yeni müqaviləyə əsasən, Panama təhlükəsizliyi qoruya bilmədiyi təqdirdə ABŞ-ın müdaxilə etmə ehtimalı qüvvədə saxlanılıb”.
Ə.Əlibəyli qeyd edir ki, Tramp Panama kanalının geri alınması ilə bağlı müəyyən addımlar həyata keçirib.
“Donald Trampın kanalın geri alınması ilə bağlı iddialarına Panama dövlətinin rəhbəri öz mövqeyini irəli sürərək, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü məsələsini gündəmə gətirib. Panama məsələsində Çin və Rusiyanın da müəyyən mənada reaksiyaları özünü göstərir. Hazırda isə dünyada kritik bir bölgü meydana çıxıb: Trampa qədər və Trampla bərabər olan dönəm”.
Şərhçi bildirir ki, Texnokratlar dünyada hakimiyyəti ələ keçirməkdədirlər.
“Texnokratların ABŞ-a öz iradələrinə aid olan icraetmə aparatı kimi baxırlar. ABŞ-da birləşdirici, ideoloji ingilis dilli güc və anklosakson təfəkkürü hakim mövqedədir. Lakin ölkədə çox az adam ingilis dilində danışır”.
Politoloq düşünür ki, ölkədə ispan, alman və fransız dilində danışan əhali, ingilis dili ilə müqayisədə üstünlük təşkil etməkdədir.
“Eyni zamanda isə ABŞ-ın Şimal və Cənub bölgələri arasında da müəyyən fərqlər özünü göstərir. Ölkənin geridə qalan ştatları ayrıca dövlət şəklində fəaliyyət göstərir”.
Ekspert əlavə edir ki, qeyd olunan ştatlardan bir çoxunun federal büdcədən müstəqillikləri də mövcuddur.
“Ümumilikdə götürdüksə isə federal idarəetmə formasının parçalanması ehtimalı daha yüksəkdir. Dünyanın bir çox siyasi texnoloqlarının düşüncələri ABŞ-ın həyatına dair hələ konkret mövqe ortaya qoya bilmirlər”, - deyə ekspert yekunlaşdırıb.
Cavid Tağızadə