Sosial mediada sağlam qidalanma barədə yayılan səhv məlumatlar

Bölmə: Sosial › ,
Tarix: 20:40 20.02.2025

Sosial mediada sağlam qidalanma ilə bağlı müxtəlif məlumatlar paylaşılır, lakin onların hamısı elmi əsaslara söykənmir. Bir çox insan internetdə gördüyü pəhriz məsləhətlərinə əməl edərək sağlamlığını yaxşılaşdırmaq istəsə də, bəzi yanlış məlumatlar əksinə, sağlamlığa ciddi zərər vura bilər.

 

Bu barədə həkim, diyetoloq Şəhriyyə Əhmədova "informator.az"a açıqlamasında danışıb. O, sosial mediada sağlam qidalanma ilə bağlı yayılan məlumatların doğruluq payına toxunaraq bildirib:

 

“Karbohidratlar kökəldir, onlardan tamamilə imtina etmək lazımdır”

 

Əslində: Karbohidratlar bədənin əsas enerji mənbəyidir. Onlardan tamamilə imtina etmək əzələ itkisinə, enerji çatışmazlığına və zehni yorğunluğa səbəb ola bilər. Əsas məsələ sadə (şəkər, ağ un) və kompleks (tərəvəz, tam taxıllar) karbohidratları ayırd edərək balanslı istehlak etməkdir.

 

“Protein nə qədər çox istehlak edilsə, o qədər yaxşıdır”

 

Əslində: Protein əzələ qurmaq və bədən funksiyalarını dəstəkləmək üçün vacibdir, lakin həddindən artıq protein istehlakı böyrəklərə yük salaraq uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də, protein qəbulunda normanı aşmamaq və balanslı qidalanmaq vacibdir.

 

Dietoloq qeyd edib ki, sağlam qidalanma ilə bağlı məlumatları etibarlı mənbələrdən almaq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), dietoloqlar və elmi jurnallar kimi mənbələr dəqiq və elmi əsaslı məlumatlar təqdim edir. Sosial mediada və şəxsi bloqlarda yayılan məsləhətləri diqqətlə qiymətləndirmək, mənbələri yoxlamaq və tənqidi yanaşmaq vacibdir.Mikrobiotanı qoruyun.Bağırsaq sağlamlığını dəstəkləmək üçün probiyotiklərə (qatıq, kefir, turşu) və prebiyotiklərə (soğan, sarımsaq, paxlalılar) üstünlük verilməlidir. Sağlam mikrobiota həzm sisteminin düzgün işləməsinə və ümumi sağlamlığın qorunmasına kömək edir.Karbohidratlar orqanizmin əsas enerji mənbəyidir.Sağlam seçimlər: Tam taxıllar (qəhvəyi düyü, yulaf, çovdar çörəyi), tərəvəzlər, paxlalılar.

Zərərli seçimlər: Rafinə edilmiş ağ un, ağ çörək, şəkərli içkilər, şirniyyatlar.

 

Nuray Qurbanlı