Kanadada qəzaya uğrayan sərnişinlərə 30 min dollar ödəniləcək

Bölmə: Dünya › ,
Tarix: 20:57 20.02.2025

Aviaşirkət Kanadada eniş edən sərnişin təyyarəsi tərs çevrildiyi zaman baş verən qəzaya görə sərnişinlərə 30 min dollar təzminat ödəyəcəyini açıqlayıb.

 

Kanadanın Toronto Pearson Beynəlxalq Hava Limanına eniş edən, göyərtəsində 80 nəfər olan Delta Air Lines sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən sərnişinlərə təzminat ödəniləcək. "Bu jest heç bir şərtə tabe deyil və sərnişinlərin hüquqlarına təsir göstərmir"- bu sözləri Delta Air Lines sözçüsü qeyd edib. ABŞ-nin Minneapolis şəhərindən Kanadanın Toronto şəhərinə uçan, göyərtəsində 76 sərnişin və 4 ekipaj üzvü olan Delta Air Lines şirkətinə məxsus CRJ-900 tipli sərnişin təyyarəsi fevralın 17-də Toronto Pearson Beynəlxalq Hava Limanına sərt eniş edərək tərs çevrilib. Can itkisi ilə nəticələnən qəzada 18 nəfərin yaralandığı bildirilib. Delta Air Lines-dən verilən son açıqlamada bir sərnişinin xəstəxanada müalicəsinin davam etdiyi vurğulanıb.

 

Milliyət.az

Meşədiyeva Türkanə