Türkiyə-Qətər Qarışıq İqtisadi Komissiyasının iclası keçirilib

Bölmə: Dünya › ,
Tarix: 21:02 20.02.2025

Dolmabahçe ofisində xəzinə və maliyyə naziri Mehmet Şimşək, Qətərin maliyyə naziri Ali Bin Əhməd Əl-Kuvari və iki ölkə nümayəndələrinin iştirakı ilə Türkiyə-Qətər Qarışıq İqtisadi Komissiyasının (KEK) iclası keçirilib.

 

 

Görüşün açılışında çıxış edən nazir Şimşək Qətər nümayəndə heyətini qəbul etməkdən məmnun olduqlarını ifadə edərək, Türkiyə ilə Qətərin mükəmməl siyasi əlaqələrinin olduğunu və iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını bildirib. Türkiyə-Qətər tərəfdaşlığı regional sülh, təhlükəsizlik və firavanlıqda ortaq maraqlar üzərində qurulub. Birgə İqtisadi və Maliyyə Komitəsi çərçivəsində dünən texniki qruplarımız yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər.

 

 

Bu yüksək səviyyəli dialoqun məqsədi Türkiyə ilə Qətər arasında möhkəm və köklü əlaqələri gücləndirməkdir. Görüş çərçivəsində xəzinə və maliyyə naziri Mehmet Şimşək ilə Qətərin maliyyə naziri Əli Bin Əhməd Əl-Kuvari arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.

 

Mənbə: a haber

Asiman Vəliyeva