ABŞ niyə Ukraynaya dəstəyini əvvəlki səviyyədə etmir ?

Bölmə: Siyasət › ,
Tarix: 21:13 20.02.2025

Son dövrlərdə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə münasibəti bir tərəfdən Ukraynaya dəstəyinin davam etdirilməsi ilə digər tərəfdən də bu dəstəyin azaldılması müşahidə olunur. Mövzu ilə bağlı politoloq Sahil Kərimli "informator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin yeni prezidenti Donald Tramp hələ seçki öncəsi hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna arasındakı müharibənin sonlandırılmasına çalışacağı ilə bağlı açıqlamalar verirdi:

 

“Tramp, nəhayət ki, son dövrlərdə bu istiqamətlərdə çox ciddi siyasi xətt tutub. Rusiya və ABŞ arasında aparılan danışıqların artıq ilkin nəticələrini görürük, amma təbiidir ki, bu prosesdə Ukrayna və Ukrayna prezidenti Vladimir Zeliniski hələki oyundan kənar vəziyyətdə saxlanılır və onun danışıqlar prosesində iştirakı təmin edilmir. Amerikanın marağı məlumdur, çünki son dövrlərdə Rusiya-Ukrayna arasında gedən müharibədə Amerika çox ciddi şəkildə maliyyə və hərbi yardımlar göstərib. Bu da təbiidir ki, Amerika iqtisadiyyatı üçün çox ciddi zərərlə nəticələndi”.

 

Politoloq həmçinin bildirib ki, Trampın Ukraynaya ayrılan maliyyə vəsaitlərinin müəyyən yollarla geri qaytarılması ilə bağlı çağrışlar edir:

 

“Tramp Ukrayna prezidenti Zeliniskini diktator adlandırır və onun regitim prezident olmadığını bildirir, yəni bu sərt gözlənilməz mövqeyin bir çox səbəbləri vardır və Amerika prezidenti bu müharibədə Rusiyanı yox daha çox Ukraynayı və onun prezidenti Vladimir Zeliniskini günahlandırır. Bu da son günlər Amerika və Ukrayna arasında çox ciddi gərginliyə səbəb oldu. Zeliniski bu açıqlamalara cavab olaraq öz mövqeyini ortaya qoyur, yəni görünən odur ki, Rusiya-Ukrayna arasında gedən müharibə tezliklə Amerikanın təkidi ilə sonlandırılacaq. Burada yenə də itirən Ukrayna tərəfi olacaq. Çünki hazırda Rusiya Ukraynanın bir çox ərazilərini işğal altında saxlayır və bu ərazilərin artıq Ukraynaya geri qaytarılması müzakirə oluna bilməz. Görünən odur ki, Rusiya burada Ukraynanın bir çox ərazilərini ələ keçirməklə və öz ərazisinə birləşdirməklə bu prosesi sonlandıracaq. Amerikada bu prosesdə çox ciddi maliyyə dividendləri qazanması sirrdir. Çünki Ukrayna ərazisində təbii ehtiyatların Amerikanın tələb etməsi məsələsi var. Digər tərəfdən də Amerika çox uzun müddət idi ki, yəni 3 ildir ki, Rusiyaya qarşı çox ciddi maliyyə sanksiyaları tətbiq edib və bu sanksiyalar da təbii ki,bumeranq effekti daşıyırdı, Amerikanın özü üçündə çox ciddi iqdisadi problemlər yaradırdı. Bu baxımdan artıq Amerika müharibəni sonlandırmağa çalışır. Ukraynanın mövqeyi nəzərə alınmadan danışıqlar baş tutur və buda aydındır ki, Ukrayna sonda hər tərəfli itkilərə məruz qalacaqdır”.


Ayşən Səlimova