ABŞ-nin Havay adasındakı Kilauea Yanardağında 10-cu püskürmə

Tarix: 21:18 20.02.2025
Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Havay adasındakı Kilauea Yanardağı dekabr ayından bəri 10-cu dəfə püskürüb.
ABŞ-nin Havay adasında yerləşən Kilauea Yanardağında 23 dekabrdan bəri vulkanik fəallıq davam edir. Havay Vulkan Rəsədxanasının məlumatına görə, Havay Yanardağlar Milli Parkında yerləşən vulkanın zirvə kraterində yerli vaxtla 20:22-də püskürmə baş verib. Dekabrdan bəri 10-cu püskürmədən sonra yanardağ yenidən metrlərlə hündürlüyə lava püskürüdüb. Püskürmənin yalnız milli park ərazisi ilə məhdudlaşdığı və yaxın bölgələr üçün təhlükə yaratmadığı bildirilib. 1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm püskürmələrin baş verdiyi Kilauea Yanardağında 2018-ci ildə təxminən 3 ay davam edən püskürmələr 700-dən çox evi məhv edib.
Haber Global
Bənövşə Zahidli