Paşinyan hakimiyyəti fəaliyyətsizliyi səbəbindən itirə-itirə gedəcək-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:46 20.02.2025

Növbədənkənar seçkilərin keçirilməsi Ermənistan cəmiyyətində uzun müddətdİr ki, dolaşan bir məsələdir. Eyni zamanda isə mətbuat da bu məsələyə öz münasibətini bildirir, hakim partiyalar tərəfindən də bəzi vədlər gəlir.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib. Politoluqun sözlərinə görə, Ermənistan hələ də keçid dövrünü yaşamaqdadır.

“Hakim qüvvə özünü tam işlək bir qüvvə kimi ifadə edə bilmir. Digər tərəfdən isə onun proseslərinə dağıdıcı təsirləri olan müxalifət nümayəndələri fəaliyyətdədir”.

 

T.Abbasov bildirir ki, hakim partiya olaraq Paşinyan və onun dəstəsinin ehtiyat variantları mövcuddur.

“Mövcud planlardan biri də məhz növbədənkənar seçkilərin keçirilməsidir. Proses zamanı vaxt udma hakimiyyət üçün çox baha başa gələ bilər. Əgər, Nikol Paşinyan öz hakimiyyəti ilə bir çox prosesləri pauzaya qoyubsa, bu prosesdən digər qüvvələr öz xeyirlərinə istifadə edə bilərlər”.

 

Politoloq vurğulayır ki, fəaliyyətsizliyin arxa planı məhz fiaskodur.

“Konstitusiya və müstəqillik haqqında qanuna dəyişikliklər məsələsi də hazırda gündəmdədir. Həmçinin, layihələrin tam hazır olması barədə Ədliyyə Nazirliyindən də Ermənistana bildirişlər edilir. Azərbaycanın tələbləri isə burada birmənalı şəkildə öz rolunu oynayır”.

 

Ekspert əlavə edir ki, Paşinyan sülh müqaviləsinə getmək istiyirsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir.

“Məhz qabaqlayıcı addımlar atmaqla Paşinyan həqiqətən də manevrlərlə öz yerini bərkidə bilər. Bu seçkilərdə mümkün qədər çalışacaq ki, bütün qüvvəsini səfərbər etsin. Mən Paşinyanın yerində olsam, tələsmək amilinin vacibliyini ön plana çəkərdim. Nə qədər ki, vaxt gedəcək bir o qədər də hakimiyyət fəaliyyətsizliyi səbəbindən itirə-itirə gedəcək. O uduşlu varianta dövrü addım atmaq lazımdır”, - deyə ekspert yekunlaşdırıb.

 

Elşən Məmmədzadə