Baş katib Kubanıçbek Ömüraliyevin TDT haqqında fikirləri

Bölmə: Dünya › ,
Tarix: 22:02 20.02.2025

"2021-ci ildə Təşkilatın yenidən strukturlaşdırılması çərçivəsində Naxçıvan Sazişinə dəyişikliklər edilib. Yeni reqlamentə əsasən, yalnız türk dilinin rəsmi və ya dövlət statusuna malik olduğu ölkələr üzv və ya müşahidəçi kimi qəbul edilə bilər. Belə ki, genişlənmə meyarları aydın şəkildə müəyyən edilib və birmənalılığa yer qalmayıb".

 

Türk ölkələri siyasətdən mədəniyyətə, sənətdən ədəbiyyata, ticarətdən iqtisadiyyata qədər hər sahədə əməkdaşlıqlarını artırır. 15 ildir fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı (TDT) tamhüquqlu hökumətlərarası təşkilat kimi beynəlxalq aləmdə tanınıb. Bu kontekstdə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək üçün bir çox layihələr həyata keçirir.

 

Üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan ibarət olduğu halda müşahidəçilər Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası (ŞKTC) və İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO).

 

Mənbə:TRT HABER
Aysel Mirzəyeva