Majezik dərmanı və onun təsirləri

Bölmə: Sosial › ,
Tarix: 21:57 20.02.2025

Majezik, aktiv tərkib hissəsi flurbiprofen olan qeyri-steroid antiinflamatuar dərmandır (NSAİİ). Bu dərman iltihabın azaldılması, ağrının aradan qaldırılması və hərarətin aşağı salınması üçün istifadə olunur. Xüsusilə osteoartrit, revmatoid artrit, ankilozan spondilit kimi oynaq xəstəliklərində və menstrual ağrılarda təsirlidir.  

 

Bu mövzu ilə bağlı həkim Uzm.DR.Həbib Sahratov "informator.az"a açıqlamasında bildirib ki, Majezik tabletkası hər cür ağrılarda istifadə oluna bilinəcək bir ağrıkəsici növüdür:

 

"Bunlar qeyri-steroid antiinflamatuar (iltihab əleyhinə) dərmanlar növünə aiddir. 100 milli qram dozalarda satışda mövcuddur. Bu dərmanı oynaq ağrılarında və ya hər hansı bir baş ağrıları, diş ağrıları kimi digər ağrılarda da bir ağrıkəsici kimi istifadə edə bilirik. Amma ümumiyyətlə bu ailənin digər üzvlərindən olduğu kimi bu molekula da ciddi yan təsirlər olan bir molekuladır. Ən çox yan təsirini mədə-bağırsaq sistemində görürük. Və uzun müddət təyin elədiyimiz zaman bu preparatı mədə qanaxması kimi ciddi ağırlaşma ilə yan təsir göstərə bilər. Ona görə də bu dərmanları çox da uzun müddət qəbul məsləhət görülmür və ya uzun müddət istifadə göstərişi varsa, o zaman bunları mədə qoruyucu preparatlarla birlikdə vermək məsləhət görülür. Bəzi preparatlarla bir yerdə istifadə etdiyimiz zaman qanaxma riski daha da çoxalır, mədə qanaxma riski daha da ciddiləşir. Və yaxud bəzi preparatlarla məsələn sidikqovucularla biryerdə istifadə zamanı nefrotoksik təsiri daha çox olur. Ona görə bu preparatları təyin etdiyimiz zaman xəstələrə yanaşı xəstəlikləri, böyrək funksiyonlarını,qaraciyər funksiyonlarını dəyərləndirib ondan sonra təyin etmək daha məqsədə uyğundur".

 

Nigar Həsənzadə