ABŞ, G7 bəyanatında Rusiya Federasiyasını "təcavüzkar" adlandırmaq istəmir

Tarix: 22:09 20.02.2025
ABŞ, Rusiyanı G7 ("Böyük Yeddilik") bəyanatında təcavüzkar adlandırmağa etiraz edir. Bu bəyanat Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalının üçüncü ildönümü ilə bağlı hazırlanıb.
Bu barədə 20 fevral, cümə axşamı günü Financial Times (FT) qəzeti beş Qərb mənbəsinə istinadən məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Ağ Evin bu mövqeyi Qərbin ənənəvi həmrəyliyini nümayiş etdirməsini poza bilər. Fikir ayrılığı, ABŞ prezidenti Donald Trampın faktiki olaraq Ukraynanı müharibəni başlatmaqda günahlandırması, Ukrayna prezidenti Zelenskini "seçkisiz diktator" adlandırması və Rusiyanı yenidən G7-yə qoşulmağa dəvət etməyi təklif etməsindən sonra yaranıb.
Mənbə:Deutsche Welle (DW)
Zəhra Məmmədova