"Nimesil"in zərərləri

Tarix: 22:17 20.02.2025
Dərman preparatlarının ümumdünya səhiyyə təşkilatının reyesterindən çıxarılması halları tez-tez baş verir.
“Nimesil” dərman preparatındakı problemlər ilk olaraq, Avropanın bir neçə ölkəsində müşahidə olunub və satışı qadağan edilib.
" “Nimesil”dən istifadə qaraciyərin məhvinə gətirib çıxara bilər".
Bu sözləri "informator.az"a açıqlamasında həkim professor Adil Qeybulla bildirib.
Professorun sözlərinə görə, “nimesil”in istifadəsi asan olduğu üçün insanlar ondan tez-tez istifadə edirlər:
"Lakin “nimesil”in əks təsirləri ciddi olduğuna görə, dərman preparatının istifadəsini səhiyyə məsləhət görmür.
“Nimesil” ABŞ, yeni Zellandiya, Yaponiya,B.Britaniya kimi ölkələrdə istifadəyə yararsız hesab olunub.
Ümumdünya səhiyyə təşkilatının tövsiyyəsinə əsasən Azərbaycanda da, bu dərman preparatının istehsalına qadağa qoyulub".
Asiman Vəliyeva