Yandex-in gəliri ilk dəfə olaraq 1 trilyon rublu ötüb

Bölmə: Dünya › ,
Tarix: 22:29 20.02.2025

Rusiyanın texnoloji şirkəti Yandex-in gəlirinin 2024-cü ildə ilk dəfə olaraq 1 trilyon rublu (təxminən 11,2 milyard dollar) ötəcəyi gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur. 

 

“Yandex”dən verilən açıqlamaya görə, şirkətin xalis mənfəəti 2023-cü ilə nisbətən 94 faiz artaraq 100,9 milyard rubla çatıb.

Açıqlamada həmçinin bildirilib ki, sözügedən dövrdə şirkətin gəliri 37 faiz artaraq 1,1 trilyon rubla çatıb, 2025-ci ildə isə gəlirdə 30 faizdən çox artımın gözlənildiyi vurğulanıb.

 

Yandex-in əsas şirkəti olan Hollandiyada yerləşən Yandex NV, ötən il Rusiyadakı aktivlərini rusiyalı investorlar konsorsiumuna 475 milyard rubla (təxminən 5,2 milyard dollar) satıb.

Rusiyada Yandex ilə rəqabət aparan Google, Ukraynadakı müharibə səbəbindən onlayn reklam xidmətlərini dayandırıb.

 

Çinarə Tarverdiyeva

Habertürk