Türkiyənin ilk "İqlim Qanunu Təklifi" TBMM-də

Bölmə: Dünya › ,
Tarix: 11:00 21.02.2025

AK Partiya millət vəkillərinin imzaladığı Türkiyənin ilk “İqlim Qanunu Təklifi” Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edilib.

 

Yaşıl inkişaf vizyonu və xalis sıfır emissiya hədəfinə uyğun olaraq iqlim dəyişikliyi ilə mübarizə aparmağı hədəfləyən təklif, iqlim dəyişikliyi ilə mübarizədə vacib olan istixana qazları emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərini, planlaşdırma və icra alətlərini, gəlirləri, icazələri və yoxlamaları və bu hüquqi və institusional çərçivə ilə bağlı prosedur və prinsipləri əhatə edir.

 

Təklifdə "Ədalətli keçid", "İlkin bazar", "Bərabərləşdirmə", "Emissiya Ticarət Sistemi (ETS)", "İstixana qazı emissiyaları", "Könüllü karbon bazarları" və "İqlim ədaləti" kimi təriflər daxildir.

 

İqlim dəyişikliyi ilə mübarizədə ümumi prinsipləri müəyyən edən təklifə əsasən, iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin ortaq, lakin fərqli məsuliyyət prinsipi və nisbi imkanları nəzərə alınmaqla bərabərlik, iqlim ədaləti, ehtiyatlılıq, iştirak, inteqrasiya, davamlılıq, şəffaflıq, ədalətli keçid və tərəqqi yanaşmaları əsas götürüləcək.

 

Milli Töhfə Bəyannaməsində xalis sıfır emissiya hədəfinə uyğun olaraq ölkənin inkişaf prioritetləri və xüsusi şərtlər nəzərə alınacaq və bu çərçivədə tədbirlər görüləcəkdir.


Mənbə:A haber

Aysel Mirzəyeva