“Avropanın bu siyasəti heç də müharibəni sülhə aparmır,daha da münaqişəni artırır”-ŞƏRH

Tarix: 11:02 21.02.2025
Son zamanlarda Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqını Ukrayna məsələsinə müdaxilə etdiyinə görə iradını bildirib və Aİ-ni ikiüzlülüklə ittiham edib.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib ki, hazırda Ukrayna məsələsində fikir ayrılıqları olan bir çox dövlətlər var ki, onlar hər biri müxtəlif mövqedədirlər:
“ABŞ prezidenti Donalt Trumpın adminstrasiyasının C.Baydenin adminstrasiyasının tamamilə əksinə münasibət göstərməsindən sonra daha qabarıq şəkildə görünür. Sanki ABŞ bu məsələyə fərqli yanaşanlara dəstək verir. Eyni zamanda Ukrayna-Rusiya münaqişəsində ABŞ-nin tutduğu mövqe həlledici roll oynayır. Və bu prosesdə Aİ-nin ikiüzlülüyü realdır. Avropa İttifaqı faktiki olaraq Ukrayna mövzusuna görə Rusiyanı cəzalandırmaq və NATO-nun şərqə doğru genişləndirilməsi prosesini hətta Ukraynanın mənfi hesabına olsa belə neytral zona yaratmaq fikrində idilər. Demək olar ki,istəklərinə çatıblar. Ukrayna NATO-ya qəbul edilməsə belə Rusiyayla heç vaxt müttəfiq olmamasını reallaşdirdilar”.
Həmçinin politoloq bildirir ki, istər Slovakiyanın, istərsə də Macarıstanın baş nazirlərinin Aİ-ni ona görə ikiüzlülükdə ittiham edirdilər ki,hazırda Aİ-dən Ukraynaya maddi və hərbi yardım göstərdiklərini bilirdilər:
“Avropa İttifaqı istəyir ki,müharibə bitməsin,davam etsin. Əsas məqsədlər isə Ukraynanın qalib gəlməsi yox, müharibənin daha da uzanması,2dövlətin bir-birinə daha da nifrətinin artmasıdır. Avropanın bu siyasəti heç də müharibəni sülhə aparmır, daha da münaqişəni artırır. Və burada ən yalnış səhvi edən Ukrayna prezidenti V.Zelenski olub. Onlar Rusiya ilə yaxınlaşaraq münasibətləri düzəldib və müharibənin qarşısını ala bilərdilər”.
Aysel Mirzəyeva