Hakan Fidan Cənubi Afrikada bir çox ikitərəfli görüşlər keçirib

Tarix: 11:04 21.02.2025
Xarici işlər naziri Hakan Fidan Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində diplomatik fəaliyyətini davam etdirir. O, G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində bir çox həmkarı ilə görüşüb. Xarici işlər naziri Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində bir çox ikitərəfli görüşlər keçirib.
Fidan əvvəlcə Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüşüb. Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr müzakirə edilib, əməkdaşlıq imkanları da dəyərləndirilib. Görüşdə regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsi, Suriyadakı vəziyyət və Qəzzada baş verənlər müzakirə edilib, qlobal təhlükəsizlik məsələləri də son beynəlxalq proseslər çərçivəsində dəyərləndirilib. Görüş zamanı beynəlxalq sabitliyə təhdidlər barədə də fikir mübadiləsi aparılıb.
Mənbə:TRT Haber
Aysel Mirzəyeva