Rusiya öz siyasəti ilə Qərbi təhrik etməyə çalışır-POLİTOLOQ açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 12:39 21.02.2025

Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukuturuna zərbə endirərək öz siyasətini davam etdirməyə çalışır.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Politoloqun sözlərinə görə, Böyük Britaniya və Fransa da Ukraynaya mühazirə məqsədilə müəyyən addımlar həyata keçirməyə başlayıb:

“Böyük Britaniya və Fransa da Ukraynanın hərbi sənaye komplekslərini, atom elektrik stansiyalarını mühafizə etmək üçün birilərini göndərmək istəyirlər. Təbii ki, bu məsələ Rusiya üçün çəkindirici bir amildir və bu istiqamətə uyğun da addımlar atılacaq”.

 

M.Əsədullazadə bildirir ki, Rusiya öz siyasəti ilə Qərbi təhrik etməyə çalışır:

“Bu hal isə münaqişənin uzanmasına səbəb olur. Təbii ki, proses zamanı Ukraynaya Böyük Britaniya, Fransa, Almanya, İtaliya və Polşa kimi ölkələr öz güclü dəstəyini də göstərəcək”.

 

Şərhçi sonda əlavə edir ki, Avropa müharibənin öz təhlükəsizliyinə bir təhdid olduğunu görməyə başlayıb:

“Avropa görür ki, bu müharibə öz təhlükəsizliyinə təhdiddir. Bu səbəbdən Putinə artıq şans vermək istəmirlər. Rusiyanı cilovlamaq üçün ciddi addımlar atmağa çalışırlar”, - deyə ekspert yekunlaşdırıb.

 

Cansu Məmmədli