Amerika-İslam Münasibətləri Şurası ABŞ administrasiyasına qarşı iddia qaldırıb

Bölmə: Dünya › ,
Tarix: 14:43 21.02.2025

Baydenin prezidentliyi dövründə ABŞ administrasiyasının Qəzzada davam edən soyqırıma öz güc və vasitələrindən istifadə edərək verdiyi dəstək və iştirak etdiyi insan haqları pozuntuları səbəbilə açılan iddialar yeni administrasiyaya ötürülməkdə davam edir.

 

İsrailin Qəzzada insan haqlarını pozması və soyqırım aktları ilə bağlı ABŞ Dövlət Departamentinin rəsmilərindən məlumat verilsə də, bu sənədlərin 'Soyqırım Bayden' administrasiyasını nəzərə alınmadığı, bu səbəbdən keçmiş administrasiyaya qarşı iddia açıldığı və yeni administrasiyanın qurumları qarşısında iddiaların davam etdiyi bildirilib.

 

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) sədri Nihad Avad AA-ya verdiyi müsahibədə Co Bayden və administrasiyasının İsrailin insan haqları pozuntularından xəbərdar olduğunu ifadə edərək, "Dövlət Departamenti və Ağ Evin daxili hesabatları ABŞ-nin keçmiş prezidenti Bayden və keçmiş dövlət katibi Antoni Blinkenin bu xəbərləri ört-basdır edib təkzib etdiyini açıq şəkildə ortaya qoyur" , - dedi. 

 

Qəzzada Amerika silahları ilə həyata keçirilən soyqırımda yaxınlarını itirən fələstinli amerikalılar adına açılan iddiaların yeni idarəyə təhvil verilməsi ilə bağlı Avad, "Hazırda Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ağ Ev cavabdehdir və bu məhkəmə prosesi 2025-ci ildə də davam edir”, - dedi.

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva