Rusiya-Ukrayna savaşında kim qələbə qazandı?-POLİTOLOQ açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 17:15 21.02.2025

Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə təşkil olunan, ABŞ və Rusiya prezidentlərinin də iştirak etdiyi görüşdə Ukraynanın təmsil olunmaması ədalətli deyil.

 

Bu fikirləri “İnformator.az”a açıqlamasında Politoloq Natiq Miri bildirib. Politoloqun sözlərinə görə, ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə müharibəni sonlandırmaqda nə qədər ciddi olduqlarını öyrənmək, test etmək məqsədi güdürlər:

“Keçirilən ilk görüşdə Ukraynanın dəvət olunmaması məntiqli addım kimi dəyərləndirilə bilər. Lakin bu məsələni qabardaraq nümayiş etdirmək, Ukrayna xalqını incitmək doğru bir addım deyil”.

 

Şərhçi bildirir ki, atılan siyasi addımlar Rusiyanın Ukrayna üzərində qələbə qazanmadığını açıq-aşkar göstərir:

“ABŞ rəsmiləri xüsusilə, Donald Trump anlamalıdır ki, görüşlərin Rusiyanın qələbəsi kimi təqdim olunması və belə bir görüntünün yaradılması Rusiyanın Ukrayna üzərində qalib gəlmədiyinin göstəricisidir. Rusiya ABŞ-ın ipi çəkdiyi NATO-nun üzərində qalib olub”.

 

Natiq Miri qeyd edir ki, Avropa Birliyi və Ukrayna olmadan belə bir görüşün keçirilməsi, Rusiya rəhbərliyini izalədən çıxarır:

“Bu addımlar eyni zamanda isə müharibə cinayətləri törədən hərbi cinayətkarlara haqq qazandırır”.

 

Şərhçi sonda Rusiyanın təcavüzkar siyasətini ədalətli qiymətləndirmədiyini vurğulayıb:

“Rusiyanın Ukrayna hərbi təcavüzü ədalətli və insani addım kimi dəyərləndirə bilməz. Müharibə başladığı andan bu günə kimi 1 milyona yaxın insan itkisi, həmçinin yaralanma faktları qeydə alınıb. Bu müharibəni təsdiqləyən, hərbi təcavüz edən dövlətin addımlarını insani amil kimi dəyərləndirmək düzgün deyil”, - deyə şərhçi yekunlaşdırıb.

 

Nuray Qurbanova