TAİB - GT Beynəlxalq Ana dili günü münasibəti ilə tədbir keçirib

Bölmə: Sosial › ,
Tarix: 18:15 21.02.2025

Türk Ağsaqqalları İctimai Birliyi və BDU-nun Tarix fakültəsinin İstiqlal Klubunun əməkdaşlığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və gənclər təşkilatının üzvləri iştirak ediblər.

 

"İnformator.az" xəbər verir ki, tədbirin açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirin açılışını TAİB-in sədri Südeif İmamverdiyev edib. O, ana dilimizin inkişafından, onun qorunub saxlanılmasından, Ulu Öndər Heydər Əliyevin dil haqqında qərarlarından, ana dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, həmçinin Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu nitqində qeyd edib ki, ötən illər ərzində ölkəmizdə dil haqqında qəbul olunan fərman və sərəncamlar deyilənlərin sübutudur.

 

Tədbirdə BDU tələbələri də çıxış ediblər. Onlar nitqlərində ana dili haqqında şeirlər, məruzələr və aforizmlər səsləndiriblər.

 

Sonda TAİB Gənc Təşkilatının üzvləri və BDU-nun Tarix fakültəsinin İstiqlal Klubu “Çırpınırdı Qara dəniz” mahnısını ifa ediblər.

 

Asiman Vəliyeva