HƏMAS, İsrailin sabah 602 fələstinlini azad edəcəyini açıqlayıb

Tarix: 19:10 21.02.2025
HƏMAS-a bağlı Əsir Media Ofisi, 19 yanvar tarixində İsrail və HƏMAS arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasına əsasən azad ediləcək fələstinlilər barədə açıqlama yayıb.
Açıqlamada, 50-si ömürlük həbs, 60-ı ağır cəza almış və 445-i Qəzzadan olmaqla, ümumilikdə 602 fələstinlinin sabah azad ediləcəyi bildirilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə isə sabah baş tutacaq əsir mübadiləsinin 8-ci turunda 6 israilli əsirin azad ediləcəyini açıqlayıb.
TRT XƏBƏR
Günel Verdiyeva