Pəzeşkiyan: Təzyiq Altında Danışıqlar Yoxdur

Bölmə: Dünya › ,
Tarix: 19:12 21.02.2025

İran Prezidenti Məsud Pəzeşkiyan: ABŞ-la nüvə danışıqlarına qapını bağlamamışıq, amma təzyiq altında danışıq aparmayacağıq.

 

İran Prezidenti Məsud Pəzeşkiyan, ABŞ-la nüvə danışıqlarına tamamilə qapını bağlamadıqlarını, lakin heç bir halda təzyiq altında müzakirə aparmayacaqlarını bildirib. Pəzeşkiyan bu vəziyyəti türk dilində bir atalar sözü ilə izah edib.

 

İran dövlət televiziyasına görə, Tehranda təşkil edilən bir tədbirdə çıxış edən Pəzeşkiyan, ABŞ-ın İrana qarşı tətbiq etdiyi “maksimum təzyiq” siyasətinə etirazını ifadə edib. O, danışıqlarda ABŞ-ın tətbiq etdiyi təzyiqləri rədd etdiklərini vurğulayaraq deyib:

 

“Biz danışıqlara qapalı olduğumuzu söyləməmişik; əvvəldən etibarən müzakirə aparmaq istədiyimizi bildirmişik. Lakin hər şərtdə danışıq aparmayacağıq. Sanksiyalar tətbiq edib, sonra raketlərimizin və silahlarımızın olmamasını tələb etmək, daha sonra isə yenidən danışıqlardan bəhs etmək doğru deyil".

 

CNN TÜRK

Günel Verdiyeva