Zelenski mineral sövdələşməyə cəlb olunarkən Ukraynaya zərbələr endirilib

Bölmə: Dünya › ,
Tarix: 19:22 21.02.2025

Ukrayna rəsmilərinin bildirdiyinə görə, son sutka ərzində Rusiyanın endirdiyi zərbələr nəticəsində 12 mülki şəxs həlak olub, evlərə və infrastruktura ziyan dəyib.

 

Bu arada Ağ Ev Ukrayna prezidenti Vladimir Zelenskini yardım müqabilində ABŞ-nin Ukraynanın kritik minerallarına çıxışı ilə bağlı razılaşma əldə etməyə çağırıb. ABŞ və Rusiya Donald Tramp və Vladimir Putin arasında görüşə hazırlaşır, Kreml isə hələlik heç bir qərarın verilmədiyini bildirir.

ABŞ G7-nin Ukraynaya genişmiqyaslı işğalının 3-cü ildönümü ilə bağlı bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasının əleyhinədir.

Mənbə: BBC News
Asiman Vəliyeva