2025-ci il Sualtı Fotoqrafı Müsabiqəsindən Möhtəşəm Şəkillər

Bölmə: Dünya › ,
Tarix: 20:04 21.02.2025

Döyüşən balıqlar, susuzluq çəkən dəvələr və tüklü karideslər – bunların hamısı 2025-ci il Sualtı Fotoqrafı Müsabiqəsinin qalib şəkilləri arasında yer alıb.

 

İspaniyalı fotoqraf Alvaro Herrero, cümə günü təşkilatçılar tərəfindən yayımlanan açıqlamaya görə, kürəkən balina və onun yeni doğulmuş balası arasındakı münasibəti təsvir edən fotosu ilə ümumi qalib elan edilib.

 

Herrero "Parlaq Bağ" ("Radiant Bond") adlanan bu fotonu Fransız Polineziyasında çəkib.

“Anası balasını səthə qədər müşayiət edir, çünki körpə hələ çox kiçik və yöndəmsizdir,” – deyə Herrero açıqlamada bildirib.

 

“Körpə balina suyun altında bir neçə baloncuk buraxır, bu da onun hələ düzgün nəfəsini saxlamağı öyrəndiyini göstərir. Mənim üçün bu şəkil ana sevgisini və okeanımızdakı həyatın gözəlliyini və kövrəkliyini əks etdirir".

 

Bu təsirli görüntü, builki müsabiqədə 6,750 iştirakçı arasından seçilərək qalib gəlib.

 

Münsiflər heyətinin üzvü Piter Roulands bu barədə belə deyib:

“Bu zərif, eyni zamanda güclü ana və bala bağını təsvir edən foto dünyamızın bütün gözəlliyini və dəyərini əks etdirir".

 

“Biz müxtəlif çətinliklərlə üzləşirik, lakin dünyanın hər yerində kürəkən balinaların sayının artması nəyi bacara biləcəyimizi göstərir,” – o əlavə edib.

 

Digər kateqoriya qalibləri arasında yapon fotoqraf Şunsuke Nakanonun iki erkək Asiya qoçbaşının döyüşünü əks etdirən şəkli və kuveytli fotoqraf Əbdüləziz Əl Salehin səhra dəvələrinin su içməsini suyun altından çəkilmiş fotosu yer alır.

 

CNN

Nuray Qurbanlı