No-şpanın gündəlik həyatımızda istifadəsi

Bölmə: Sosial › ,
Tarix: 21:06 21.02.2025

No-şpa günümüzdə əsasən əzələ spazmları zamanı istifadə olunan preparatdır. Lakin insanlar bəzən dozasından artıq olaraq istifadə edirlər.

Mövzu ilə bağlı “informator.az”a Həkim-Allergolog Şahvələd doktor bildirib ki, no-şpa spazmalotik preparatlar qrupuna aiddir. Amma bəzən düzgün şəkildə istifadə edilmir:

 

“Bir qrup insanlar no-şpanı ağrı kəsici olaraq istifadə edirlər. Bu düzgün deyil.O,əsasən qarın ağrıları, mədə-bağırsaq pozğunluqları, sidik və öd yollarının spazmaları zamanı istifadə olunan məşhur preparatdır. Baş, bel, boyun kimi və s.ağrılar zamanı qəbul etmək düzgün sayılmır. Onu mədə-bağırsaq,on iki bağırsaq, yoğun bağırsaq yaralarının ağrılarını götürmək üçün istifadə etmək lazımdır”.

 

Doktor həmçinin bildirib ki, no-şpa ən təsirli spazmalotik dərmanlardan biridir. No-şpa standart tabletka və yaxud ampula şəkilfə istehsal olunub, istifadəyə verilir:

 

“Xəstənin vəziyyətindən asılı olaraq sutkalıq dozada 6 tabletkanı keçməməlidir. Ən azı 2-2 gündə 3 dəfə istifadə etmək mümkündür. Lakin hər dərmanın yan təsirləri olduğu kimi no-şpanın da yan təsirləri var. Əgər çox istifadə edilərsə, ciddi allergolik reaksiyalar, səpki şəklində urtikariyalar ola bilər. Həmçinin ürək bulanma, qaytarma kimi halları da görülə bilər. Ona görə də istifadə etmədən öncə həkimlə məsləhətləşib daha sonra qəbul etmək vacibdir”.

 

Aysel Mirzəyeva