Süni intellekt ilə görüntü emalı

Bölmə: Dünya › ,
Tarix: 21:10 21.02.2025

Vodafone Business, son illərdə Türkiyənin aparıcı sənaye və tibbi qaz tədarükçüsü Linde Gaz-a təqdim etdiyi “Təhlükəsiz Sürüş” həlli ilə bir iş ortaqlığına imza atıb. Şirkət bu çərçivədə təhlükəsizlik səviyyəsini artıraraq, layihədə edilən yeni yeniləmələr sayəsində manevrlə bağlı sadə qəzaların 70% azalmasını təmin etdiyini açıqlayıb.

 

Vodafone Business-in Linde Gaz ilə əməkdaşlığı çərçivəsində təqdim etdiyi texnologiya əsasən süni intellekt əsaslı görüntü emalı texnologiyasına əsaslanan sürücü davranış analizindən ibarətdir və sürücülərin anlıq olaraq izlənməsini təmin edir. Şirkət, mövcud sistemə inteqrasiya etdiyi arxa görüntü kamerası texnologiyası ilə sürücülərin üzləşdiyi çətinlikləri əhəmiyyətli dərəcədə azaltdığını bildirir.

 

Bu yenilik sayəsində Linde Gaz-ın paylama əməliyyatlarında manevrlə bağlı sadə qəzalar əvvəlki illə müqayisədə 70% azalıb. Mövcud iş ortaqlığı sayəsində şirkətin sürücüləri təxminən 45 milyon kilometr məsafəni heç bir ölümlü və ya yaralanmalı qəza olmadan tamamlayıblar.

 

Haber Turk
Əsmər Bəşirova