İşğalın üçüncü ilində İstanbuldakı ukraynalıların vəziyyəti necədir?

Bölmə: Dünya › ,
Tarix: 21:42 21.02.2025

İstanbulun Avropa Yaxasında bir ofisdəyik. Şənbə günüdür. Onlarla uşaq və onların valideynləri dörd yaşlı Erdemin doğum gününü qeyd etməyə hazırlaşır. 

 

Hamısı ingilis dilində “Happy Birthday” mahnısını oxuyurlar. Ancaq bir müddət sonra xəbərdarlıq gəlir:

"Analar, ukraynaca danışın".

 

Xəbərdarlığı Ukrayna Həmrəylik Assosiasiyasından Olena edib.

 

Mənbə: BBC news Türkçe
Nigar Həsənzadə