Almaniyadakı türk əsilli insanlar seçki kampaniyaları haqqında nə düşünür?

Bölmə: Dünya › ,
Tarix: 22:06 21.02.2025

Köln Almaniyanın ən sıx məskunlaşdığı, sənaye cəhətdən inkişaf etmiş şəhərlərindən biridir və eyni zamanda ən çox türk əsilli əhaliyə sahibdir. Bununla belə, bazar günü keçiriləcək ümumi seçkilər öncəsi həyəcanlı və maraqla gözlənilmir. Buna səbəb Almaniyada ifrat sağçıların yüksəlişidir. BBC Türk komandası olaraq Köln və Essen küçələrində türk əsilli insanları dinlədik.

 

Köln və Essendə hava soyuq, küçələr sakitdir... Türkiyədə həmişəki kimi seçki həyəcanı yoxdur. Amma Almaniya siyasəti də eyni dərəcədə isti və gözlənilməzdir.

Sorğular göstərir ki, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ötən seçkilərlə müqayisədə səslərini iki dəfə artırıb. Bir müddətdir ki, müxtəlif sorğular AfD-nin səsinin 20 faiz olduğunu deyir. Seçkilərin nəticələrini səbirsizliklə gözləyən bir çox insan bu nisbətin daha da artacağından narahatdır.

Söhbət etdiyimiz türklərin gündəmində olan problemlər arasında artan qaçqınlar, küçələrdə ictimai asayiş problemi və iqtisadiyyat ön plandadır.

 

BBC

Məryəm Zaliyeva