Apple Böyük Britaniyada məlumat mühafizəsi alətini deaktiv etdi

Tarix: 22:59 21.02.2025
Apple, Böyük Britaniya hökumətinin istifadəçi məlumatlarına giriş tələbindən sonra iCloud-un tam şifrələmə funksiyası olan Advanced Data Protection (ADP) xidmətini ölkədə ləğv edib. Bu qərar, Apple-ın bəzi istifadəçi məlumatlarına çıxış əldə etməsinə və hüquq-mühafizə orqanlarının orderlə həmin məlumatları tələb edə bilməsinə yol açır.
Apple, bu addımı “məyusedici” adlandıraraq, şifrələmədə “arxa qapı” yaratmağı heç vaxt qəbul etməyəcəyini bildirib. Ekspertlər bu qərarı Böyük Britaniya hökumətinin öz vətəndaşlarının onlayn təhlükəsizliyini zəiflətməsi kimi qiymətləndiriblər.
ABŞ senatorları isə bu tələbin Amerikanın milli təhlükəsizliyinə zərər verə biləcəyini bildirərək, Böyük Britaniya ilə kəşfiyyat məlumatlarının paylaşımının yenidən nəzərdən keçirilməsini tələb ediblər. Apple isə gələcəkdə Böyük Britaniya üçün bu xidməti yenidən təqdim etməyə ümid etdiyini bildirib.
BBC News
Aydan Quliyeva