Taylandlı işçilər vətənə qayıtdı

Bölmə: Dünya › ,
Tarix: 23:04 21.02.2025

Taylandlı girovlar 15 ay sonra Qəzzadan vətənlərinə qayıtdılar. Surasak Rumnao və Pongsak Thaenna 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı əsir düşüblər. Onlar girovluq müddətində bir-birilərinə dayaq olub, əsasən çörək, pendir və həftədə bir dəfə ət yeyərək sağ qalıblar.

 

Surasakın ailəsi onun azad edilməsi üçün mübarizə aparıb. Girovluqda o, ümidini qorumağa çalışıb, hətta keşikçilərlə oyunlar oynayıb. Yanvar ayında sərbəst buraxılacağını eşidəndə əvvəlcə inanmayıb, lakin tezliklə vətəninə qayıdıb.

 

İndi Taylandda ailəsi ilə birgədir və yenidən İsrailə qayıtmağı düşünmür. Öz kəndində təsərrüfatla məşğul olmaq istəyir. Lakin o, hələ də Qəzzada qalan girovların taleyi üçün narahatdır və onların tezliklə azad ediləcəyinə ümid edir.


CNN News

Aydan Quliyeva