Nəsiman Yaqublu: Tarixin dərinliklərində yanan işıq

Bölmə: Sosial › ,
Tarix: 16:15 22.02.2025

Nəsiman Yaqublu 22 fevral 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. O, Azərbaycan tarixçisi, tarix elmləri doktoru və professoru idi. Nəsiman Yaqublu əsasən Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlarla məşğul olub.

 

Nəsiman Yaqublu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və daha sonra təhsilini Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində davam etdirib. O, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb və bir çox kitabın müəllifi olub.

 

Əziz Nəsiman müəllim, bugün sizin doğum gününüzdür. Sizin Azərbaycan tarixinə verdiyiniz böyük töhfələr, uzun illər boyu göstərdiyiniz əzmkarlıq və fədakarlıq bizə ilham verir. Siz, ölkəmizin sevinci və fəxri, tariximizin dəyərli xəzinəsisiniz. Gördüyünüz işlər, yazdığınız əsərlər və yetişdirdiyiniz tələbələr sizin adınızı əbədiləşdirir. Siz dərin biliyiniz və tədqiqatlarınız sayəsində tariximizin qaranlıq səhifələrinə işıq tutmusunuz. Hər zaman vicdanlı, ədalətli və cəsarətli bir tədqiqatçı kimi yadda qalacaqsınız.

 

Nəsiman Yaqublu, bizə yalnız tarixi həqiqətləri öyrətməklə kifayətlənməyib, həm də vətənə, xalqa və mədəniyyətə olan sevginin nə olduğunu öyrətdi. Bu gün də biz onun işıq saçdığı yolla irəliləyirik. Onun qoyduğu mirası və gördüyü işləri davam etdirmək bizim üçün böyük bir vəzifədir. Sizin xatirəniz həmişə qəlbimizdə yaşayacaq və işləriniz əsla unudulmayacaq.

 

Sizi hər zaman dərin hörmət və sevgi ilə xatırlayacağıq.

 

Türkanə Meşədiyeva