Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur-POLİTOLOQDAN ŞƏRH

Tarix: 18:36 22.02.2025
Sülh müqaviləsi, həmçinin Ermənistanın konstitusiya məsələsi Azərbaycanın da irəli sürdüyü kimi vahid yanaşmanın tərkib hissələridir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi ekspert Əziz Əlibəyli bildirib. Şərhçinin sözlərinə görə, Ermənistan hakimiyyəti ictimai rəyi mövcud əsəsa görə hazırlayır:
“Ermənistanın bu siyasəti nə dərəcədə reallaşdıra bilməsi, o cümlədən Bakıda keçirilən məhkəmə prosesləri də Rusiyayönümlü müxalifəti müəyyən qədər aktivləşdirir. Məhz bu səbəbdən hadisələrin fərqli cərəyan üzərindən davam etdirilməsi gözlənilir”.
Ə.Əlibəyli qeyd olunan proseslərdə bir sıra antitərəf mövqelərin mövcudluğunu da ön plana çəkib:
“Mitinqlərin təşkili, seperatçıların tutduğu mövqelər, hərbi-silahlı qruplaşmalar, kilsə və kifayət qədər çox antitərəflər mövcud proseslərə öz təsirini göstərir. Bu amillərin fəaliyyəti məsələlərin vahid konteksdə idarə olunmasına imkan verməyə bilərlər. Atılacaq addımlarda isə tələsmək lazım deyil, lakin baş verəcək prosesləri dəyərləndirmək lazımdır”.
Şərhçi sonda əlavə edir ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur:
“Azərbaycanın tələblərini yerinə yetirmək Ermənistanın məcburiyyətidir. Bu tələblərin yerinə yetirilməsi Ermənistan tərəfə verilən son şans və imkandır. Azərbaycan Ermənistan olmadan da Zəngəzuru İran ərazisindən geri ala bilər. Bu prosesin isə yaxın günlərdə başa çatması gözlənilir”, - deyə şərhçi yekunlaşdırıb.
Elşən Məmmədzadə