Makron,Trampa Putinə zəif görünməmək barədə xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 21:58 24.02.2025

Cümə axşamı Makron sosial media auditoriyasına deyib ki, Tramp da Putinlə əlaqəsinin digər dünya liderlərinə necə görünəcəyini düşünməlidir.

 

"Bu, sən deyilsən, bu sənin ticarət nişanın deyil, sənin marağında deyil. Əgər Putinin qarşısında zəifsənsə, o zaman Çinin qarşısında necə etibarlı ola bilərsən?",-Makron deyib.

O əlavə edib ki, Trampı ABŞ və Avropanın maraqlarının üst-üstə düşdüyünə inandırmağa çalışacaq və “Rusiyanın Ukraynanı ələ keçirməsinə icazə versəniz, bunun qarşısı alınmaz olacaq”,-deyib.

AFP xəbər verir ki, Makronun ofisinin müşaviri bildirib ki, Fransa prezidenti görüşdən “ortaya çıxan yaxınlaşmaları əks etdirən fəaliyyət təklifləri” təqdim etmək üçün də istifadə edəcək.

Fransa lideri kimi Starmer də Tramp vasitəsilə müharibəni bitirmək üçün heç bir iş görməməkdə günahlandırılıb. Böyük Britaniya lideri həmçinin Trampın Zelenskini “diktator” adlandırmasına onun ölkəsinin “demokratik yolla seçilmiş lideri” olduğunu deyərək cavab verib.

 

Mənbə: BBC News
Nərmin Həşimova