“Galatasaray” - “Fenerbahçe” derbisində qol faule görə sayılmadı!

Bölmə: İdman › ,
Tarix: 22:30 24.02.2025

Super Liqanın 25-ci həftəsində “Galatasaray” və “Fenerbahçe” qarşı-qarşıya gəldi. 14-cü dəqiqədə qapı toruna gedən top qol kimi qeydə alınmadı.

 

Oyun “Rams Park” stadionunda keçirildi. Sloveniya hakimi Slavko Vincic, 14-cü dəqiqədə qapıya gedən topdan əvvəl qayda pozuntusu olduğunu işarə etdi. 14-cü dəqiqədə “Fenerbahçe”nin hücumu zamanı sol cinahda topu qəbul edən Kostiç mərkəzə ötürmə etdi. Fernando Muslera bu epizodda topu yumruqlayaraq uzaqlaşdırdı. Uruqvaylı qapıçı bu epizodda Şimanski ilə girdiyi ikili mübarizədə yerə yıxıldı.

 

Daha sonra Oğuz Aydın cərimə meydançasının sağ küncündən zərbə vuraraq topu qapı toruna göndərdi. Lakin sloveniya hakimi Slavko Vincic, top qapıya çatmadan əvvəl faul qərarı verdi. Qapı toruna gedən top qol kimi qeydə alınmadı. Hakim top qapıya çatmadan əvvəl fit çaldığı üçün VAR-da da epizod incələnmədi.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli