Türkiyə derbisi qolsuz bərabərliklə başa çatıb

Bölmə: İdman › ,
Tarix: 23:02 24.02.2025

Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində əzəli rəqiblər olan "Galatasaray" və "Fenerbahçe" komandaları üz-üzə gəliblər.

 

Rams Park Stadionunda keçirilən matç ilk dəqiqələrdən tərəflərin qarşılıqlı hücumları ilə yadda qalıb. 90 dəqiqə ərzində meydanda gərgin mübarizə getsə də, oyunun sonunda hesab açılmayıb. Beləliklə, komandalar hərəyə 1 xalla kifayətləniblər.


Qeyd edək ki, hazırda "Sarı Qırmızılılar" 64 xalla turnir cədvəlinə liderlik edirlər. "Fenerbahçe" isə 58 xalla 2-ci pillədə yer alır.

 

Məmmədli Maarif