Qalatasarayın Jose Mourinyoya qarşı şikayəti gündəmdə

Bölmə: İdman › ,
Tarix: 19:50 25.02.2025

Qalatasarayın Jose Mourinyo barəsində cinayət şikayəti dünya mediasında geniş rezonans doğurdu.

 

Qalatasaray, derbidən sonra Fənərbağçanın baş məşqçisi Jose Mourinyonun "Meymun kimi tullanırdılar" ifadələrini işlətməsi səbəbilə ona qarşı cinayət şikayəti verəcəyini açıqlayıb. Sarı-qırmızılı klubun bu addımı dünya mediasında da geniş əks-səda doğurub.

Qalatasaray, Jose Mourinyonun "Hakimə təşəkkür etməliyəm, çünki bəhs etdiyim epizodda digər texniki zonada hamı meymun kimi tullanırdı" ifadəsinə görə portuqaliyalı məşqçini irqçilikdə ittiham edib.

Sarı-qırmızılı klubun rəsmi açıqlamasında Jose Mourinyoya qarşı cinayət şikayəti veriləcəyi bildirilib. Bu hadisə xarici mediada da geniş işıqlandırılıb.

İngiltərə, Portuqaliya, İspaniya və İtaliya mediası Qalatasarayın Mourinyoya qarşı atdığı hüquqi addımı manşetlərinə daşıyıb.

 

Mənbə: NTV spor
Nərgiz Orucova