Ər-Riyadda keçirilən Rusiya-ABŞ sammiti ilə bağlı Moskvadan yeni açıqlama

Bölmə: Dünya › ,
Tarix: 20:21 25.02.2025

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, onlar ABŞ ilə Ukrayna böhranının həlli üzrə xüsusi nümayəndələr vasitəsilə birgə işi davam etdirmək barədə razılığa gəliblər.

 

Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan məsləhətləşmələrlə bağlı nazirlikdən yazılı açıqlama verilib.

Bəyanatda bildirilib ki, məsləhətləşmələrdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov və Kremlin xarici siyasət müşaviri Yuri Uşakov, ABŞ-nin isə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff təmsil edib və ikitərəfli görüşdə geniş spektrli məsələlər, o cümlədən ikitərəfli münasibətlərin yaxşılaşdırılması müzakirə edilib.

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva