Almaniyada dövlət büdcələrinin kəsiri artıb

Bölmə: Dünya › ,
Tarix: 22:03 25.02.2025

2024-cü ildə Almaniya dövlətinin gəlirləri ilk dəfə 2 trilyon avronu keçib.


2024-cü ildə Almaniya dövlətinin gəlirləri ilk dəfə 2 trilyon avronu keçib. Almaniya Federal Statistika İdarəsinin (Destatis) 25 fevralda Viesbaden şəhərində yaydığı məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 2,013 trilyon avroya çatıb.


Xüsusilə, vergi gəlirləri 3,5 faiz, sosial ödənişlərdən daxilolmalar 6,5 faiz, dövlətin faiz gəlirləri isə 13,9 faiz artıb.
Eyni zamanda, xərclər 5,3 faiz artaraq 2,132 trilyon avroya yüksəlib. Bunun nəticəsində ümumi dövlət büdcəsi kəsiri də artıb. Bildirildiyinə görə, son 15 ildə ilk dəfə olaraq Almaniyanın bütün dörd əsas maliyyə sektoru – federal, əyalət, bələdiyyə və sosial sığorta sistemləri – eyni vaxtda büdcə kəsiri ilə üzləşib.


Mənbə: Deutsche Welle

Zəhra Məmmədova