" ''Qarabağ'' komandası çox yaxşı şəkildə irəliləyir”

Tarix: 20:31 25.02.2025
27 fevral “Qarabağ”la “Səbail”in oyunu baş tutacaq.
Bu oyunda hansı komandanın qalib gəlmə ehtimalı yüksəkdir?
Mövzu ilə bağlı idman jurnalisti Həcər Vəliyeva “informator.az” saytına bildirib ki, “Qarabağ” hazırda Premyer Liqada turnir cədvəlinin lideridir:
“ “Qarabağ” ən yaxın rəqibi ilə xal fərqi 12-dir. “Qarabağ” komandasının gücü hər kəsə bəllidir. “Səbail” isə Premyer Liqada ən sonuncu mövqedədir. “Qarabağ” və “Səbail” arasındakı növbəti qarşılaşmanın da nəticələri hər kəsə məlumdur ki, “Qarabağ” ın qalib gəlmə şansı 99%-dir. “Dənizçi”lərin məqsədi aşağı səviyyəyə düşməmək üçün mübarizə aparmaqdır. Çünki qarşıdakı oyun Kubok oyunudur. Kubok oyununda “Səbail”in qalib gəlməsi bir əhəmiyyət kəsb etməyəcək. “Qarabağ” qalib gələcəyi təqdirdə daha çox Kuboka namizəd olacaq.
“Səbail” bu oyunda məğlub olsa, Kubokda mübarizəni dayandıracaq. Belə olduğu halda, “Səbail”in fikri ancaq Premyer Liqa oyunlarına yönələcək. “Qarabağ” çox yaxşı şəkildə irəliləyir. “Qarabağ” ın məqsədi Kuboku əldə etməkdir”.
Müsahib “Qarabağ” heyətindəki dəyişikliklərdən də söz açıb:
“Hazırda “Qarabağ” komandası optimal heyətə malikdir. Bu dəyişiklik onları geri çəkməyəcək, daha da irəli aparacaq. Çünki gənc oyunçuların sayı çoxdur. Qurban Qurbanovun etdiyi dəyişikliklər onların oyunlarına müsbət təsir edəcək. Növbəti qarşılaşmalarda, oyunlarda da bu dəyişikliklərin müsbət mənada nəticəsini görəcəklər”.
Kəmalə Vəliyeva