Qəzzada şiddətli soyuqdan 6 körpə ölüb 

Bölmə: Dünya › ,
Tarix: 21:15 25.02.2025

 

 

İsrailin atəşkəsə baxmayaraq yardımların ölkəyə girişini məhdudlaşdırdığı Qəzza zolağında şiddətli soyuqdan 5 körpə ölüb. Bundan əvvəl Qəzzada kəskin soyuqdan 7 uşaq dünyasını dəyişib.

 

İsrailin 15 aydan çox davam edən hücumlarından sonra əldə edilən atəşkəsə baxmayaraq, yardımların girişinə məhdudiyyət qoyulması səbəbindən sığınacaq və istilik çatışmazlığı yaşanan Qəzzada soyuq hava şəraiti bölgə xalqının əziyyətini artırır. Qəzza şəhərindəki Xəstə Dostları Xəstəxanasının direktoru Səid Salah verdiyi açıqlamada, son iki həftədə şiddətli soyuqdəymə səbəbiylə xəstələnən 9 körpənin xəstəxanaya gətirildiyini bildirib. Salah, "Son iki həftədə xəstəxanaya gələnlərdən bir gündən iki həftəyə qədər olan 5 körpə ölüb" deyib. Salah bir körpənin reanimasiyada saxlandığını və vəziyyətinin ağır olduğunu, tənəffüs aparatına qoşulduğunu bildirib. Salah hər 3 uşağın müalicə olunduğunu və xəstəxanadan buraxıldığını bildirib. Uşaqların 32 və 33 dərəcə bədən hərarəti ilə xəstəxanaya gətirildiyini deyən Salah uşaqların nəfəs ala bilmədiyini, təzyiqlərinin aşağı düşdüyünü, ağciyərlərinin düzgün işləmədiyini bildirib.

 

Salah bildirib ki, uşaqlar xəstəxanaya gətiriləndə dəri rəngi mavi olub. Qəzzada olan ehtiyaclarla bağlı Salah beynəlxalq ictimaiyyəti xüsusilə uşaqlar və körpələr üçün konteyner evləri və çadırlar, eləcə də istilik materialları gətirmək üçün təcili tədbirlər görməyə çağırıb. Fələstinin WAFA xəbər agentliyinin xəbərində daha bir körpənin şiddətli soyuqdan öldüyü bildirilib. Hökumətin Qəzzadakı Media Ofisindən verilən məlumata görə, daha əvvəl Qəzzada şiddətli soyuqluq səbəbindən 7 uşaq dünyasını dəyişib. İsrailin Qəzzada 15 aydan artıqdır davam edən hücumlarında 61 mindən çox fələstinli həyatını itirib, 14 mini dağıntılar altında itib, 2 milyon insan isə didərgin düşüb. Köçkün fələstinlilərin sığındığı xəstəxanalar, evlər və məktəbləri də hədəf alan hücumlarda Qəzza zolağının infrastrukturunun 88 faizi məhv edilib. İsrail uzun müddət Qəzzaya humanitar yardımın daxil olmasına mane olduğu üçün bölgə xalqının qida, təmiz su, sığınacaq və istilik materialları kimi yardımlara ehtiyacı var.

 

Xəbər Qlobal

Meşədiyeva Türkanə