Ermənistanın gələcəyi: Paşinyanın qərb siyasəti Rusiyanın təzyiqi altında

Tarix: 21:20 25.02.2025
Erməni politoloqun sözlərinə görə, Ermənistan bu gün ikiyə bölünmüş Ukraynanın talehini yaşaya bilər. O bildirir ki, Rusiyaya qarşı siyasət yürüdən Ukraynanın vəziyyəti göz qabağındadır. Ermənistan da hazırda Avropaya, qərbə meyl etməklə eyni siyasəti yeridir. O vurğulayır ki, Ermənistanın indi Rusiyaya qarşı yeritdiyi siyasətin nəticələri ölkə üçün Ukraynadan da ağır nəticələnə bilər.
Mövzu ilə ‘’informator.az’’a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, nəzərə almaq lazımdır ki, Rusiya özü böyük bir dövlətdir və Ermənistanı əlindən buraxmayacaq:
"Ermənistanın indiki hakimiyyəti Soros fondunun vəsaiti hesabına hakimiyyətə gəlib onların siyasətini də həyata keçirirlər. İlk gündən Paşinyan qərbyönümlü siyasət yeritməyə başladı və Rusiyada qopmağa çalışdı. Artıq 3 ildir ki, Ermənistan KTMT-nin tədbirlərində iştirak etmir, oradaki fəaliyyəti dondurulub. Amma Avrasiya İqtisadi İttifaqında iştirak edir, çünki buradan da qazanc götürür. Rusiyanın son 3 ildə sanksiyalara məruz qaldığı dövrdə də Ermənistan bir çox elektron avadanlıqları gizli yollarla Rusiyaya ötürmüş və buradan gəlir əldə etmişdir. Eyni zamanda, Rusiya özü Ermənistana yardımlar etmiş və ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır. Keçən il Ermənistan Rusiya sərhəd qoşunlarını ‘’Zvarnots’’ hava limanından və İranla sərhəddən çıxardı. Bu ilin yanvarın 17-də Paşinyanın Putinlə telefon danışığı oldu. Bu danışıq Ermənistanın ABŞ ilə strateji müttəfiqliq müqaviləsi imzalandıqdan sonra oldu. Telefon danışığında Putinin Paşinyana nələr dediyi məlum oldu. Bundan sonra isə Lavrov Mirzoyanı Moskvaya dəvət etdi. Mirzoyan isə bu sənədin sadəcə müttəfiqli sənədi olduğunu bildirdi. Bundan sonra isə Avropa İttifaqına üzvlük məsələsi Ermənistanda gündəmə gəldi. Rusiyanın baş nazirinin müavini bildirdi ki, Ermənistan həm Avrasiya İqtisadi Birliyinə, həm də Avropa İttifaqına eyni anda üzv ola bilməz. Bunlarla da, Ermənistana müəyyən xəbərdarlıq edilməyə başladı. Təbii ki, Rusiya-Ukrayna müharibəsində Tramp indiki mövqeyini davam etdirsə, Ermənistan yenə də Rusiyanın vassalı olaraq qalacaq. Çünki Ermənistanın iqtisadiyyatının 70%-dən çoxu Rusiyanın əlindədir. Düzdür, Ermənistanın bugünkü rəhbərliyi Rusiyada ayrılmaq istəyir, amma hesab edirəm ki, onların çabaları boşadır. Çünki Rusiya müharibədə uduzmadı. Avropanın, NATO-nun Ukraynaya yardımlar etməsinə baxmayaraq, Rusiya yenə də uduzmadı. Nəzərə almaq lazımdır ki, Rusiya özü də böyük bir dövlətdir. Hesab edirəm ki, Rusiya Ermənistanı əlindən buraxmayacaq. Əgər Ermənistan nəsə etməyə çalışarsa, nəzərə alınmalıdır ki, Rusiyanın Gümrüdə hərbi bazası var. Bundan istifadə edərək Ermənistanı ciddi cəzalandıra bilər".
Politoloq qeyd edib ki, Paşinyan artıq siyasətində müəyyən dəyişiklər etməyi planlaşdırır. Əks təqdirdə, o bilir ki, ya onu hakimiyyətdən devirəcəklər, ya da o Rusiya yönümlü siyasət aparmalıdır. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək bəyan etdi ki, onlar Paşinyanın anti-Rusiya siyasətini bəyənmirlər. Onlar bütün inkişaflarının Rusiyaya bağlı olduğunu düşünürlər. Düşünürəm ki, mart ayından sonra Ermənistanda ciddi mitinqlər keçiriləcək ki, Paşinyan devrilsin və hakimiyyətə Rusiya yönümlü şəxs gətirilsin. Təbii ki, inanmıram yenidən Koçaryan hakimiyyətə gəlsin. Əgər Paşinyan hakimiyyətdə qalıb qərb yönümlü siyasət yürüdərək, Rusiyadan uzaqlaşarsa, bu zaman Rusiya hərbi gücdən də istifadə edə bilər və beləlikdə Ermənistanın talehi Ukraynadan da ağır ola bilər.
Günel Verdiyeva