Makronun Trampa gömrük rüsumları ilə bağlı tənqidi

Bölmə: Dünya › ,
Tarix: 21:23 25.02.2025

 

 

Fransa Prezidenti Emmanuel Makron ABŞ-də Prezident Donald Trampla görüşündən sonra açıqlama verib. Fox News-a verdiyi müsahibədə ABŞ-nin gömrük rüsumlarını tənqid edib. O, həmçinin Avropa Birliyinin müdafiə xərclərini artıracağını bildirib.

 

“Prezident Tramp ‘bizə qarşı ədalətsizlik edirlər’ deyəndə anladım ki, prioritetiniz Çinə gömrük rüsumu tətbiq etməkdir. Amma gəlin, etiraf edək ki, eyni anda Çin və Avropa ilə ticarət savaşı aparmaq olmaz. Ümid edirəm ki, onu bu məsələdə inandıra bilmişəm".

 

Makron, “Avropa Birliyi və ABŞ arasında gömrük rüsumlarının artırılmasına qarşı onu inandırdığıma inanıram” deyə əlavə edib. O, bu mövqeyinin səbəbini də açıqlayıb. Fransa prezidenti həm ABŞ lideri Trampı tənqid edib, həm də onu inandırdığını vurğulayıb.

 

“Amma məncə, hazırda həll yolu rüsumları artırmaq deyil. Niyə? Çünki əsas prioritetimiz müdafiə və təhlükəsizlik xərclərimizi artırmaqdır. Ticarət savaşı aparsaq, təhlükəsizlik və müdafiə xərclərimizi necə artırmağımızı gözləyirsiniz?”

 

ABŞ-də Tramp ilə görüşdən sonra Amerikanın Fox News kanalına açıqlama verən Makron, Ukrayna və Rusiya arasındakı atəşkəs məsələsinə də toxunub. O, “təhlükəsizlik zəmanəti olmadan atəşkəsin elan edilməməli olduğunu” bildirib.

 

“Ümid edirəm və inanıram ki, onu hər hansı zəmanət olmadan atəşkəsə getməməyimizə, atəşkəs danışıqları və hərtərəfli sülhün vacibliyinə inandıra bilmişəm. Həmçinin ümid edirəm ki, ABŞ-nin təhlükəsizlik zəmanətindəki rolunun və bu məsələdə geri çəkilməməsinin nə qədər önəmli olduğunu ona izah edə bilmişəm".

 

Trampın “Ukraynaya ABŞ kömək edir, Avropa da məsuliyyəti öz üzərinə götürməlidir” fikirlərinə Makron cavab verib:

 

“Avropaya qarşı bir növ hibrid müharibə aparılır. Buna görə də xərclərimizi artırmalıyıq. Fransada artıq əlavə artımlar edəcəyik. Mən konsensus yaradıram və işimi görəcəyəm. Siyasi qüvvələrin hamısı vəziyyətin fərqindədir. Bundan əlavə, Avropa miqyasında daha çox addımlar atmalıyıq".

 

CNN Türk

Günel Verdiyeva