Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edib

Tarix: 21:36 25.02.2025
Hazırda Suriyaya qarşı sanksiyalrı ləğv edən Avropa İttifaqı enerji, nəqliyyat və bank sektorlarında bir sıra məhdudiyyətləri aradan qaldırıb.
Mövzu ilə bağlı “informator.az”a politoloq Tofiq Abbasov bildirib ki, Suriya ilə bağlı qərb dünyası yeni bir formalaşdırma hazırlayır. Amma Türkiyə qərb təminatçılarının siyasətçisi qismində özünü büruzə verir:
“Suriya zaten bilavasitəsiz Türkiyə ilə həmsərhəddir. Günümüzdə Suriya çox ağrılı bir dövrini yaşayır. Hazırda orda İsrail qoşunları hökmranlıq edir. Müxtəlif qruplar, təşkilatlar özbaşınalıq edərək mərkəzi hakimiyyəti tanımırlar. Amma mərkəzi hökümətdə öz yanaşmasında bildirməlidir ki, onlar mərkəzləşmiş bir dövlət yaratmaq istəyirlər. Bəşər Əsədin və Hafiz Əsədin özünəməxsus belə bir yanaşması var idi ki, ”Suriya müstəqil bir dövlətdir. Mərkəzi orqanlar isə hər bir işin həlliylə bağlı həm məsuliyyət daşıyırlar, həm də qərarlar vermək iqtidarındadırlar”. Suriya isə hazırda parçalanmış bir dövlətdir və bir çox separatizmlər burda baş qaldırır. Aralıq dənizin bu mühim bölgəsində qərb şirkətlərinin gələcəkdəki mövcudluğu real bir prespektiv olaraq görünür. Ona görə də Qərb dünyasının maliyyə institutları çalışırlarlar ki sanksiyaları durdursunlar”.
Politoloq həmçinin bildirir ki, sanksiyalar əsasən maliyyənin dondurulması ilə bağlıdır. Dondurulma ilə bağlı ən çox qərarı B.Obama və H.Clinton hakimiyyəti verib:
“Amerika və Avropa bandları çalışırlar ki, Suriyanın yeni hökümətini özlərinə yaxınlaşdırsınlar. Özlərini elə görsədirlər ki, Suriyanı artıq yeni,müstəqil,sivil bir dövlət kimi qəbul etməyə hazırdırlar. Ona görə də özlərinin yumşaq siyasət aparırlarmış kimi görsədirlər. Amma bura da əsas məsələ ondan ibarətdir ki, yaxın zamanlarda Suriyanin mərkəzi höküməti nə dərəcədə ölkə daxilindəki qüvvələri birləşdirə biləcək ki,mərkəzləşmiş siyasət həyata keçsin. Yaxşı olar ki, mərkəzi hakimiyyət bütün proseslərin həm gedişatının, həm də nəzarətini öz üstünə götürsün ki, yaxın gələcəkdə Suriya artıq sabit və sakit bir inkişafa malik bir dövlət olsun”.
Aysel Mirzəyeva