Zelenski müqaviləni qəbul etdi, Ağ Evə gəlir-Tramp

Tarix: 21:42 25.02.2025
ABŞ Prezidenti Donald Tramp, qiymətli metallar müqaviləsini imzalamaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə və ya gələn həftə Ağ Evə gələcəyini açıqladı. Zelenski müqaviləni imzalamaq üçün ABŞ-yə gedir.
Əvvəlcə Trampın təklifini rədd edən Ukrayna Prezidenti Volodimir Zelenski geri addım atdı. ABŞ Prezidenti Donald Tramp açıqlamasında Zelenskinin müqaviləni imzalamağı qəbul etdiyini bildirdi. O, Ukrayna Prezidentinin bu həftə və ya gələn həftə Ağ Evə gələcəyini bəyan etdi.
"Amerikanın gücünün hiss edilməsi vacibdir".
Zelenski bir neçə gün əvvəl sosial media hesabında etdiyi paylaşımda ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqu Kiyevdə qəbul etdiyini bildirmişdi. Görüş zamanı cəbhədəki vəziyyət, ukraynalı əsirlərin evlərinə qaytarılması, ölkəsinin ehtiyac duyduğu effektiv təhlükəsizlik zəmanətləri kimi məsələlər müzakirə olunub. Zelenski, "Amerikanın gücünün hiss edilməsi bizim və bütün azad dünya üçün vacibdir", - deyə qeyd edib.
"Trampla investisiya və təhlükəsizlik mövzusunda müqavilə bağlamağa hazırıq".
Ukraynanın müharibənin "ilk saniyələrindən" etibarən sülh axtarışında olduğunu vurğulayan Zelenski bunları söyləyib:
"Ukrayna, ABŞ Prezidenti (Donald Tramp) ilə investisiya və təhlükəsizlik sahəsində güclü, həqiqətən faydalı bir müqavilə bağlamağa hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 7 gün 24 saat işləməyə hazırdır".
Mənbə:Haberler.com
Aygün Babayeva